Ağaevli Əli Hacı : - Adam da heç ağlamaz...
Adam da heç ağlamaz,
torpaq ağlayan kimi !
Ağaclar yer üzünə,
yarpaq ağlayan kimi !
Daş da sınıb ağlayır
yerindən sökülməyə !
Sapsız iynə veribdi
Allah ömür tikməyə !
Ağlamır biz Adamlar,
bir çiçəyin gözüylə !
Çoxu cibində daşır,
ürəyini özüylə !
Unudulan keçmişim -
ağlayan səhərlərim !
Ağlayan sudu,qumdu-
yıxılan şəhərlərim !
Yollar içinə çəkir,
hər şeyə göz yaşını !
Dağlar uca ağlayar,
göyə tutub başını !
Sapsız iynə veribdi
Allah ömür tikməyə !
Ağlayan yox bu ömrə,
yol gedir sökülməyə !