Azərbaycana gələn turistlərin sayı artıb
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 2 milyon 209,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
Bu barədə Yenises.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8 faizi İran, 4,1 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi Qazaxıstan, 3 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Çin və Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və İsrail, hər birindən 1,0 faiz olmaqla Oman və Belarus, 11,7 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,1 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.