Faiq Balabəyli : - BİRBAŞA
Sözssüz ünvanlıdır. O da sözzsüz ki, bu şeir müxtəlif ünvanlara yozula bilər. Olsun, hər kəsin öz həqiqəti, öz müşahidəsi, gəldiyi qənaət var. Elə naqis insanlar var ki, mərdimazarlığı, riyakarlığı, yalmanmağı, sürünməyi və süründürməyi özlərinə titul kimi qazanıblar. Hər kəsin bu tip tanıdığı adam varsa, düşünsün ki, elə həmin adama elə öz adlarından birbaşa bura, status yerinə yazılan bu şeiri ünvanlayıb.
P.S. "BİRBAŞA" adlandırdığım və həmən bura yazdığım şeirlər həmin anımın, ovqatımın şeirləridir, müxtəlif məzmunda, müxtəlif ovqatda olunsa da Onlara sonradan əl vurulmayacaq, redaktə edilməyəcək, misralar, sözlər dəyişilməyəcək.
BİRBAŞA
(6)
Yenə də özünü şirin satmısan,
şəkərsən?,
nabatsan?,
bal?- belə olmur
Qeyli-qal etmisən mənim barədə
qeyil belə olmur, qal belə olmur.
Arada gözün də, üzün də gülüb,
yaltaqlıq cücərib üzündə,.gülüb.
Haldan hala düsüb, üz indi gülüb
Az qala dil aça: hal belə olmur.
Sənintək naqislər deməyən deyil
Nə qərbdən, guneydən quzeydən deyil.
O köhnə gəmidən, muzeydən deyil
Olsa yaldan olar... yal belə olmur.
Hər kəsə fərqlisən, valın dəyişib
Yalağın dəyişib, yalun dəyişib
Nə yaman burcutdun, - dalın dəyişib?
kişi ol, kişidə DAL belə olmur.