Ə/lizadə Nuri : - Mənim bu dərdimə ad qoyulmayıb...
O tənha ulduza məktub yazmışam,
Heyif ki, atmağa bir qutu yoxdu.
Mənim bu dərdimə ad qoyulmayıb-
Mən olan dünyanın Qorqudu yoxdu.
Qansız nə deyib ki, yenə qan düşüb?
Bəlkə bu gül elə o ahdan düşüb?!
Yer günah eyləyib- allahdan düşüb,
Geri dönməyə də umudu yoxdu.
Haqsız da öləndə haqdan ölürmüş,
Dağ çayı yıxılıb dağdan ölürmüş...
...Bəlkə də bu dünya çoxdan ölərmiş-
Ancaq özü boyda tabutu yoxdu...