İSMAYIL MƏRCANLI  : - TANIDIM

Ədəbiyyat 08:42 / 21.11.2024 Baxış sayı: 104

 

 

Xoşlamadım heç vaxt ağlı dayazı,

Ayna bildim ana Kürü, Arazı.

Eşitdiyim pıçıltını, avazı

“İlməsindən”, “ərişindən” tanıdım.

 

İtirdiyim ocaq varsa, od hanı

Lənətlədim aralığı qatanı...

Nəfsi acı, nadürüstü, nadanı

“Kövşənindən”, “örüşündən” tanıdım.

 

Şirin vədlər tez yanıldar kütləri,

Gücüm çatsa sındırardım bütləri...

Yaxşılara diş qıcıdan “itləri”

Hər addımda hürüşündən tanıdım.

 

Xoş kəlmənin unudanda dadını,

Məlhəm bildim məhəbbətin odunu.

Bir dəyyusun soruşmadım adını,

Binamusu yerişindən tanıdım.

14.11. 2024