Rəsmi Bakı: Fransanın addımları sülh prosesinə zərbədir

SİYASƏT 10:06 / 21.11.2024 Baxış sayı: 85

Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımları sülh prosesinə zərbədir.

Yenises.az xəbər verir ki, bu barədə XİN-in məlumatında bildirilib.

“Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon  dünən  Xarici İşlər Nazirliyinə çağırılıb.