Zəka Vilayətoğlu : - Bu axşam duyğular sarıb könlümu

Ədəbiyyat 08:52 / 15.05.2025 Baxış sayı: 883

Bu axşam duyğular sarıb könlümu

Bilmirəm, yerdəmi, ya göydəmiyəm.

Könül badəmdəki duyğularımin

Elə sərxoşuyam, elə dəmiyəm!

 

Gözümdə dalan da, küçə də sərxoş,

Doğan Ay da sərxoş, gecə də sərxoş,

Dünya özü belə necə də sərxoş,

Yoxsa ovsundamı, sehrdəmiyəm?!

 

Ömür qayıq kimi göz baxarında,

Üzür, ləngər vurur vaxt axarında,

Könül çicəkləyir söz baharında

Bilməm nəğmədəmi, şeirdəmiyəm?!

 

15.05.2025