Xatirə Rəhimbəyli - Bütün dostlara

Ədəbiyyat 09:52 / 15.03.2026 Baxış sayı: 142

 

Bəzəsin bağçanı nərgiz,bənövşə,

Sevinc çiçəkləsin könül bağında.

Ruhun çinar kimi ucalsın göyə,

Qızılgüllər açsın qol-budağında

 

 

Bəxtinin günəşi doğsun üzünə,

Ömrünə günəşin zəri tökülsün..

Xeyir mələkləri çıxsın qarşına,

Nə qədər qəmin var,geri tökülsün.

Açılsın qarşında yolların ağı,

Bütün sədləri aş gülümsəyərək.

Bütün fəsillərdə ömrün yaz olsun

Bu Bahar bayramın olsun mübarək