Əşrəf Veysəlli· - HEYKƏL
Görcək, daşa döndü, heykələ döndü,
Keçdiyin yollara qondu bu heykəl.
Elə ki uzaqdan kölgən göründü,
Durduğu yerdəcə dondu bu heykəl.
Küləklər əlini saçına çəkdi,
Qalmadı şübhəsi, olmadı şəkki.
Onu belə görən zənn edəcək ki,
Əvvəli insanmış, sonluğu heykəl.
Gör onu ayrılıq necə sıxıb, gör
Gündüz vaxtın yoxsa gecə çıxıb gör.
Bir mənə yaxşı bax,- necə çıxıb gör
Sənin həsrətinin yonduğu heykəl.
2001-ci il.