Adil Şirin- Bu gecə Qədr gecəsi
* * *
Bu gecə Qədr gecəsi-
Nə bədirlənmiş Ay var,
Nə sayrışan ulduzlar...
Qar yağır, bəmbəyaz qar...
Yağır ömür-günümə,
Alın yazıma yağır.
Xatirələr qol götürüb
Oynayır ağır-ağır.
Nə diləyim taledən,
Diləsəm gücü çatmaz.
Mənim sərgərdan ruhum
Bu dünyaya qayıtmaz...