YAŞADIM - Əşrəf Veysəlli

Ədəbiyyat 15:00 / 07.02.2026 Baxış sayı: 299

 

Dünyaya gəlib yaşadım,

ağlayıb- gülüb, yaşadım.

Mən yaşayıb ölmürəm ki,

mən hər gün ölüb yaşadım.

\

Odlara salan gözəlin,

qeydimə qalan gözəlin,

canımı alan gözəlin

qadasın alıb yaşadım.

 

Xoşlamalı dünya deyi,

boşlamalı dünya deyil.

Yaşamalı dünya deyil,

üzümə salıb yaşadım.