Yadigar   Təvəkgül - Darıxmağın yurd- yuvası haradı

Ədəbiyyat 08:52 / 07.02.2026 Baxış sayı: 527

Darıxmağın yurd- yuvası haradı,

Harda məskən salır orda yurd qalmır.

Ürəyinin karıxmağı tutdusa,

Başına dönməyə ayrı dərd qalmır.

 

gözlərindən ilmək- ilmək qan tökür,

Bükülür dizinin taqəti itir.

Səni darıxdıean o dərd nədirsə,

Gözünün önündə haləti bitir.

Əlim əllərinin həsrətin çəkir,

Bir əl boğur nəfəsini kəsincə.

Ətri gəlir ,çəkəmmirsən içinə,

Ruhun yer üzündən gedir küsüncə.

Kimsə can ağrını anlaya bilmir,

Hərdən qınayırlar göz yaşlarını.

Bəzən bir təssəli sözü deyirlər,

Bəzən tərpədirlər göz daşlarını.

Acın dilə gəlir danışır sənlə,

Köksündə bir dəniz tufan qoparır.

Asır sahilindən , çəkir çarmıxa,

Dalğalar ruhunu çəkib aparır.

Yurd -yuvasız bir səfilə dönürsən,

Nə özündə yer tapmırsan sözünə.

Gözlərində saray tikən dərdlərin,

Yaşamağa bir yer vermir özünə .