Əlirza HƏSRƏT - ƏLLƏRİN
(Bütün şıltaqlığıma hörmətlə dözən ömür-gün yoldaşım üçün)
Xatirə-xatirə göynəyir elə,
Saçımda dolaşan daraq əllərin.
Bir sevda bağında bitən ağacıq,
Ürəyim budaqdır,yarpaq əllərin.
Heykələ döndünsə,yaşamaq asan,
Yol salmaz könlümə hər ayaq basan.
Dolan gözlərimdə suya quyubsan,
Qorxuram üşüyə çılpaq əllərin.
Dağlara üz tutan qərib zəvvaram,
Harda zirvə görsən,mən orda varam.
Qələmi ahıma tutub yazıram,
Şeirlə oynayır varaq əllərin.
Boşala-boşala dünya dolacaq,
Çəmən saralacaq,çiçək solacaq.
Bax,onda öllüm də xoşbəxt olacaq,
Gözümə tökəndə torpaq,əllərin.