Əlizadə Nuri - Çıxıb

Ədəbiyyat 10:08 / 07.02.2026 Baxış sayı: 466

 

Dərd yuxarı başdadı-

Öz taxtına xan çıxıb.

Ruhum səni arayır

Nə olsun ki, can çıxıb?!

 

Sehirmişəm, sirmişəm,

Belə ömür sürmüşəm.

...Özümü öldürmüşəm-

Köynəyimə qan çıxıb.

 

Ayrılığa yıxılmaq-

Yox olmaqdı, yox olmaq.

...Səni yaddan çıxarmaq

Yaman yadımdan çıxıb...