Adil Şirin - Sən bütün körpüləri
* * *
Sən bütün körpüləri
Yandırmısan, sevgilim.
Geriyə yol yoxdur daha,
Geriyə yol yoxdur, gülüm,
Ümid də yox sabaha...
Məhəbbət körpüləri,
Səadət körpüləri,
Sədaqət körpüləri
Od tutub yanır...
Ömrün axar suları,
Axdı apardı səni.
Qara telə bəyaz gül,
Taxdı apardı səni.
Axıb getdin, axıb getdin,
Sevda körpülərini
Yandırıb yaxıb getdin.
Son bir dəfə ulduzlara,
Baxıb getdin, baxıb getdin...
Sevgimizin üstünə
Qaranlıq çökdü.
Hicran rüzgarı əsdi,
Ulduzlar çiçək tökdü...
Sənlə mənim aramda,
Bütün körpülər yanıb.
Aramızda bir qara,
Dibsiz uçurum dayanıb...