Əli Hacı Ağaevli - Ruh,bu canın ölçüsüdür !

Ədəbiyyat 10:50 / 07.02.2026 Baxış sayı: 457

 

Günü sovurma havaya,

Vaxt,zamanın ölçüsüdür !

Göz-görməyin nişanəsi,

Ruh,bu canın ölçüsüdür !

 

Haqqın donu öz içində,

Sirr,gizlənir söz içində !

Min dağ gördüm düz içində,

Qəflət,anın ölçüsüdür !

 

Olmaq-halın görüntüsü,

Coşmaq-yalan görüntüsü !

Namus,yolun ən itisi

Qeyrət,şanın ölçüsüdür !