Aləmzər Sadıqqızı - Sən kimi birini...
Sən kimi birini heç tanımadım,
Bəlkə gəlməmisən heç yer üzünə.
Bir susuz səhrada bir ilğım kimi,
Bulaq tək süzüldün mənim sözumə.
Sən mənim arzumdun başdan binadan,
Səni gəncliyindən yüz yol axtardım.
Sonra içimdəki o adam kimi,
Ruhumun gözüylə sevib, oxsadım.
Səni min illərin doğması kimi,
Könlümün diliylə hey aratmışam.
Bəlkə Yer üzünə heç doğulmayan,
Əsrin sevgisini mən yaratmısam!
Bir az ürəyinə baxsan əzizim,
Görərəsən Aləmin durduğu yeri...
Uçura bilməzsən, yıxa bilməzsən,
Aləmin könlündə qurduğu yeri!
7.2.2025