Ayaz Arabaçı - Mübariz İbrahimovun doğum günü...

YAZARLAR 15:45 / 07.02.2026 Baxış sayı: 296

Xalqımızın taleyinə yazılan qəhrəman bir oğulun-

Mübariz İbrahimovun doğum günüdür, bu gün.

Bu adi bir ad deyil, o adın içində bir millətin qüruru,bir torpağın harayı, bir elin şərəf və namusu var.

Mübariz bu

Vətənin qeyrətini, əzmini, bayrağını yaşatmaq üçün doğulmuşdu.

Vətənin hər qarış torpağı onun üçün xəritə yox,

yaralı bir xatirəyə çevrilmişdi.

İşğal altında olan yurdumuz

ruhumuzda açılmış dərin bir yara idi.

Mübariz bu yaranı görürdü.

Mübariz susmadı,geri çəkilmədi, qorxmadı.

O sübut etdi ki, bəzən bir insan bir ordudan böyük ola bilir.Bəzən bir ürək

bir millətin taleyini silkələyə bilər. Onun düşmən üstünə yürüdüyü o gecədən başlayan yol xalqımızın ruhundakı üsyanın davamı idi.O gecə Mübariz tək deyildi,əsir torpaqların harayı,şəhidlərin ruhu,susdurulmuş tariximiz onunlaydı..

Mübariz ölümə getmədi,ölümsüzlüyə getdi.

Mübarizin ölümü

bir millətin oyanışı oldu.

Bu gün onun doğum günüdür. Mübariz yalnız təqvimin bir günündə doğulmadı.

O, hər dəfə Vətən deyəndə doğulur, hər dəfə bayrağımız qalxanda doğulur...

Ruhun şad olsun igidim!!!