Bəhruz   Niftəliyev- Ağrısında gizlənən

Ədəbiyyat 08:33 / 07.02.2026 Baxış sayı: 484

·

Ağrısında gizlənən,

Ağuşunda közərən,

Yüz ümidlə gözləyən

Dərdsənmi, çəkirəm səni!

Körpə idi inamlar,

Görmədin ki, böyüsün!

Qapımı da bağla, get,

Bağla, get ki, döyülsün!

Hər gecə içirəm səni…

Baxışımdan boylanan,

Yoxluğuna yol alan

Körpüdürsə həsrətin,

Gör necə keçirəm səni!

Yadıma da düşürsən,

Məni ruhun düşünsə,

Xəbər elə, üşüsən,

Gör necə sevirəm səni!

Sarılımmı səsinə,

Nəfəsinə hopummu?

Əllərini mənə ver,

Biləyindən öpümmü?

Gör necə bilirəm səni!..

07.02.2026