Yadigar Təvəkgul - Mən səni sevdim ki umudum qəmi...

Ədəbiyyat 10:22 / 23.02.2026 Baxış sayı: 431

Mən səni sevdim ki umudum qəmi,

Kədər həyatımdan çəkilib getsin.

Mən səni sevmədim ağlasın gözüm,

Hicran urəyimin içində bitsin.

 

Demədin gülüşüm dodaqda qalsın

Yanagim göl olsun göz yaşlarıma

Mən dedim sevincə bürünər qəlbim

Daha qar ələnməz gur saçlarıma

 

Mən elə bilirdim tutduğum əlin

İstisi könlümdə bahar olacaq

Mən hardan biləydim sevdiyim adam

Həsrətdən ruhumda yuva quracaq

 

Mən səni sevdim ki, mənimlə yaşa,

Sevmədin eşqimi vurasan daşa

Bir ömür əl ələ bir yerde,qoşa

Bu eşqi yaşayaq daim baş başa