Elnur Uğur Abdiyev - Sənsiz mənsubluğum yoxdur özümə
Sənsiz mənsubluğum yoxdur özümə,
Bax ismin yeddinci halıdır halım.
İçimdən bir misra hönkürür dinlə,
Mən səni sevirəm,sevirəm, zalım!
Balaca boyunla yer kürəsisən,
Ömrümə ömürlük ev kirəsisən.
Sən həyat eşqinin bir şirəsisən,
Ay mənim çiçəyim,pətəyim,balım.
Baxışın sevgidən oxuyur hökm.
Bu ruhun önündə,Elnur,diz çöküm!
Başıma haranın külünü töküm,
İndi neynəyim mən başı bəlalı?