Heç yarımçıq sevmədim- yazdı  Aysel  Aydin  Əlizadə

Ədəbiyyat 10:51 / 23.02.2026 Baxış sayı: 556

Heç yarımçıq sevmədim

Sevdimsə sevdim.

Yarımçıq dost olmadım

Dostamsa dostam.

Aldatmadım insanı

Nəyəmsə buyam.

Güldüm yalançılara

qorxaqlara güldüm.

İnsanı yada, doğmaya bölmədim

İnsandısa insandı.

Dilinə, dininə ayırmadım kimsəni

Dürüstünə saxtasına ayırdım.

Mən qadınam!

Kişi olmağa çalışmadım

Kişidisə kişidi

Qadındısa qadın.