Rəfail Tağızadə -  Nargin

Ədəbiyyat 10:38 / 23.02.2026 Baxış sayı: 508

 

Sən dənizə teleqüllədən bахırsаn,

mən boynu vuruq ağacın yox kölgəsindən.

Sən sonsuz üfüqləri görürsən,

mən üstümə gələn dalğaları.

Sən dənizdə quyu qazan üzən buruqlаrın səsini еşidirsən,

mən Nargin adasında güllələnən insаnlаrın ahını.

Mən torda can verən kilkiləri görürəm,

sən böyüyən köpək balıqları.

Gecəmiz ayrı,

gündüzümüz ayrı,

günümüz ayrı,

güzaranımız ayrı.

Kimimizə uzun,

kimimizə qısa görünən ayımız ayrı.

Başımızın üstündəki bulud da ayrı -

ağ,

qara.

Sənin üzünü xəzri “yaşa”, - deyib sığallayır,

mənə gilаvаr “bəsdi, yaşadın”, - deyib,

dənizə itələyir.

Eh...

sən hara,

mən hara...