Xatirə Rəhimbəyli : - Dünya

Görürsən, əyri var hər bir tinində,
Yalan qanununda,zülm dinində.
Bozarıb sifəti Günəşinin də,
Üşüdür ruhumu bu şaxta dünya.
İfallı ürəyim yorulub axır,
Nahaqqın önündə hərdən karıxır...
Onda ki duyğular üsyana qalxır,
Ovutmur könlümü bu saxta dünya.
Ürəyin harası əzilmədi ki?!
Gül olub yoluma düzülmədi ki...
Çözələndi getdi ,çözülmədi ki...
Yumulub qalmadı yumaqda dünya...
Eyyy, varmı mənimlə gedən,gedirəm...
Yorulub əl-ayaq,bədən ,gedirəm.
Bilməm, niyə gəldim,nədən gedirəm,
Dad ola bilmədi damaqda dünya...