Əlizadə Nuri : - Hamı elə sənsən, Allah...

Ədəbiyyat 10:25 / 29.03.2025 Baxış sayı: 861

 

Hamı elə sənsən, Allah,

Hamı səndə gizlənib.

Ömür sudu; azdı, çoxdu-

Camı səndə gizlənib.

 

Adın üstündə hər nəyin:-

Otun, gülün, kəpənəyin.

Yediyimiz duz- çörəyin

Tamı səndə gizlənib.

 

Neçələrin, " necə?"lərin,

Bu üşüyən küçələrin,

Bu kor gözlü gecələrin

Şamı səndə gizlənib...