Kəramət :- SEVGİ YANILQI DİNAMİZMİDİ,

MƏN ƏDƏBİ KAFİRƏM
.......yaradıcılıq-yanılmaq üzərinə qurulur...Çünki daşlaşmış düşüncə sisteminə-PARDON...PARDON...VƏ YAXUD "Bağışlayın, hər şey sizin bildiyiniz, indiyə kimi qəbul olunan müqəddəslik deyil" demək cəsarəti istər.
YARADICILIQ CƏSARƏTİ ...! Cəsarətsiz biri yarada bilməz, təkrarlayar, eyni şeyə-zada müxtəlif don-şəkil biçər, vəssalam.
İnanclar yanılmır, sabit və dəyişməz olduğundan biətçilik,
zehni köləlik yaradır..
Hərfiyyən yaşamaq həyat deyil, GET NAXIRA GƏL AXURA...
SEVGİ HƏYATIN, CƏMİYYƏTİN QANUNU POZMAQDI VƏ
HƏYATIN DADINI BİLMƏKDİ.
Bizlərdə hər şey mövsümidi: Müqəddəs Ramazan günlərində dinçi-şəriətçi, "Sevgililər günü"ndə sevgili, yaz gələndə yaz, qış gələndə qış şeirləri yazır, komyuktura görə qibləmiz də dəyişir...
DƏYİŞİM , HƏRƏKƏT İRƏLİYƏ, RUHUN-DÜŞÜCƏNİN ÜFÜQLƏRİNƏ DOĞRU OLUR, yerində saymaq, keçmişlərin cızdığı çərçivə çürüməyi, bataqlığı yaradır...
Heç bir dahi, istedad, sevgi daşıyıcısı biri-birinə bənzəməz, axmaqlar biri-birindən seçilməz, kütləvilik bitmiş , fərdilik-özlük dünyada hakim olmuşkən sürü psixologiyasını təbliğ etməklə dini-milli patriotluq qazanılmaz...nə isə...söhbət uzun, qanan az, yol qısa.