Ələddin Əzimli : - BAHAR ŞEİRİ

Bahar gələli
sənin ilə yoldaşıq,
bənövşəyi,
çəhrayi çiçəkli sarmaşıq.
Kimsə
ayırmaq istəsə bizi,
qırıq-qırıq olsaq da,
ayrılığın,
ölümün belə
istək, ümid qarışıq
boynuna sarmaşarıq.
Unutmayın, sevənlər,
biz əbədi baharıq.
Payız, qış
bizi soldura bilməz.
Sevgidən yaranmışıq,
sevə-sevə yaşarıq...