Xatirə Fərəcli - BALALARIMIN ATA OCAĞI

Ədəbiyyat 10:17 / 21.02.2026 Baxış sayı: 392

 

Bura

təbiətin əl boyda bir bucağı,

balalarımın ata ocağı.

Bu ocağın varı-yoxu xatirələr…

Bu ocaqda

sevgi dolu günlərimin

sevinci var.

Sevdiyimin gözü ilə baxır mənə

bu dər-divar.

Burda sağdır

gözlərimdə ölən eşqim.

İllərin o üzündən

qulağıma gəlir birdən

şaqraq səsim.

Bura mənim

sığınacağım –

daş qəfəsim.