Fərhad Tapdıqoğlu - Ölçdülər...biçdilər
( kiçik hekayə)
Salman kişi həyat yoldaşı Səliməyə:
--Ay arvad,bir stəkan çay süz,içim.Sonra gedim zəmidə biç-ilməmiş qalan
hissəni biç-im--dedi.
Səlimə:
-- Yaxşı,a kişi. Saa ( sənə) də süzərəm,elə özümə də.
Mən də bir stəkan içim.
Qonşunun qızı Səmayənin
"paltar-biç-disidir"sabah .
İstəyirəm ora geyməyə o günü aldığım parçadan bir qapotluq( don) biç-im,tikim-dedi.
...Salman kişi çay içdi ,sonra getdi kombaynla zəminin biç-ilməmiş sahəsini biç-di...Samanı da,püfəni də ( püfə samanın ən kişik hissəcikləri) topladı...Qayıtdı...
Onu orta məktəbin aşağı siniflərində oxuyan bir boy,bir buxun ,bir biç-imdə olan ekiz oğlanları qarşıladı.
Arvadı Səlimə iki mis qazanı su ilə doldurub,üçbucaq ocaq daşlarının üstünə qoydu.
Qazanın altını çır-çırpı ilə doldurub,od vurdu,qaladı.
Su qızanda aparıb kuma( kum-ustifadə üçün adətən qarğıdan hörülən,üstü bağlı yer.Orada ipək qurdu bəslərdilər ) qoydu.Mis dolçanı da qoydu qazanın böyrünə...Ərini çağırdı:
-- A kişi,gəl çim.
...Salman kişi çimdi.Məhrəbanı( dəsmalı) götürüb ,bədənini sildi,qurulandı.
Sonra iri bir qazı tutub kəsdi .
Səlimə su qızdırdı.Salman kişinin kəsdiyi qazı isti suyun içinə salıb,tüklərini yoldu,qarnını yardı,içalatını çıxardı.Qaz çim yağ idi.
Səlimə qazı doğrayıb ,qazana doldurdu ,su tökdü və ocağın üstünə,bişməyə qoydu.
Salman kumda "ölçü-biç-i " elədi.Samanı,püfəni yığ1mağa yer düzəltdi .
...Gözəl süfrə açdı Səlimə.
Ailə süfrə arxasında oturdu.
Yemək yeyərkən ekizlər yersiz suallar verirdilər.
Salman kişi:
-- Çörək yeyəndə danışmazlar-dedi.
Yedilər,üstündən də samovar çayı içdilər.
Salman kişi uşaqlarına:
-- İndi gəlin suallar verin,cavabınızı alın-dedi.
Amma əvvəlcə mən bir tapmaca deyim.O nədi, "altı bulaq içərlər,üstü zəmi biç-ərlər?"
Uşaqlar bir ağızdan:
-- Qoyun-dedilər.
Salman kişi:
--Uşaqlar hər bir işdə ölçü-biç-i olmalıdır.O cümlədən sözün də,sualların da öz biç-imi var.Deyirlər ki,"yüz ölç,bir biç".
Müdrik insanların biri deyib ki,"ağıllı sual elmin yarısıdır".Mən kombayn sürsəm də,kənd təsərrüfatı texnikimun bitirmişəm.Az-çox savadım var.Həmişə çalışıram ki,düşünüb-daşınıb,ölçüb-biç-ib ağıllı suallar verim,bilmədiklərimi öyrənim.Bilməyib öyrənmək ayıb deyildir...
...Səlimə biç-diyi parçadan bir qəşəng don tikdi...
... Bu sadə ailə adi bir gün yaşadı...
Ər-arvad ertəsi gün nə edəcəklərini qərarlaşdırdılar,necə deyərlər "ölçdülər,biç-dilər"
Uşaqlar da ertəsi günün dərslərini oxudular ,təkrarladılar...
...Səhər açıldı,yeni gün başladı...