Xanım İsmayılqızı : - Yaxşı ki, unutmaq var.

Ədəbiyyat 19:14 / 23.01.2025 Baxış sayı: 222

Unutmuşam hər şeyi,

Yaxşı ki, unutmaq var.

Onunla birgə

gözümə duran günlər də

yox olar.

...Hisslərim yuxuda,

Ürəyim mürgüdə,

Mənsə - oyaq.

Birdən sən düşdün

yadıma bayaq.

Qorxudan,

Az qaldım mən də

yuxulayam.

Gərək yuxunu həmişə

ayıq saxlayam...