Kəramət : - Bədi sözün SÖZSÜZLƏŞMƏSİ

YAZARLAR 09:00 / 23.01.2025 Baxış sayı: 146

 

NEÇƏ SÖZLƏ,

HANSI KƏLMƏLƏRLƏ DÜŞÜNÜRSƏN?,-

...Qəbul görmüş yanaşmada Şairin (yazıçının) leksikonu kimi tərif edilir. Məncə, bu yanaşma öz keçərliliyini iitirmişdir...çağdaş dünyada, yanaşmada, şairdə...pafosik desək "söz sənətində"...

Gəlin , əvvəlcə yüngülvari təsnifat aparaq Yazar-söz münasibəti müstəvisində... NECƏ, hansı sözlərlə düşünürük, bu, bizim bədi düşüncəmizi müəyyənləşdirir.

1. Texniki sözlərlə.

2. Öyrəşdirilmiş, çox işlək kəlməlr

3. Arxaik kəlmələrin çoxluğuyla.

4.Az işlənən, əntiq kəlmələr daxil, həyatımıza yeni daxil olan sözlərlə

.....Düşünmək...yazmaq...

təqribən mənzərə belə, əsas konturları. Yuxarıdakı təsnifatla paralel oxuyaq.

1. Robotvari ifadə.

2. Klassik və indiki ədəbiyyatda geyilməkdən cındırı çıxan, işlənməkdən işləmsiz hala gələn sözcüklər.

3..Divan ədəbiyyatı və Aşıq şeirindən götürülmüş (folklor) çox, çox, çox tanış sözlər, qafiyə sistemi, baxınca əzbərlənmiş kəlmələr, misralar...

4. Az işlənən , gündəlik həyatda, müasir münasibətdə əsas olan söz vasitəsinin bədi əraziyə titrək addımlarla daxil olması...axı, öyrəşdirilmişi kənara itələmək az qala, mümkünsüzdür...hər gün işlənən hər hansı texnoloji nümunənin "Söz sənəti"nə daxil olması, həm ümum ədəbi təfəkkürün mühafizəçiliyilə qəbul görmür və ya vaxt tələb olunur...

Sözə baxınca müəllifin bədi düşüncəsini, harda çabaladığını, hansı sularda üzdüyünü görərsən...

..qadağanı keçənlərdi istedad sahibləri...qadağalı bədii sularda batmaq... iznli sularda "üzməkdən" 100 dəfə uğurludur...

Bəzən heç nə deməyə gərək də qalmır..

"DAHA HEÇ NƏ DEMİRƏM

NÖQTƏ, NÖQTƏ, VƏ NÖQTƏ"

(Ə. Kərim)

...indilər işarənin özü bədi mətnin leksikonunda -çatdırılmasında önəmli rol oynayır. Məsələn, ....-susqunluq, ?-nə deyirsən...və s.

Çox danışmaqla heç nə ifadə etməyə bilərsən, adətən, məlumu təkrarlayarsan...az və cizgili-məntiqli, eynən yapon filmləri kimi.

Əvvəllər özifadəyə sözçoxluğu gərək olub, hər yerdə ...hələ V. Hüqo "Səfillər" romanında bircə cümlədə belə 823 kəlmədən istifadə edib...ancaq mənalı...amma insan da, insanlararası münasibətlər də, "SÖZ" də dəyişir, sözün sözsüzləşməsi də baş verir.