NİMDAŞ PENCƏYƏ ÖXUNAN ŞEİR - Ibrahim Yusifoglu
Nimdaş ğörkəminlə sən asılmısan,
Asılqan adlanan dar ağacından.
Lazımsız əşya tək yalqız qalmısan,
Düşmüsən ömrünün şahlıq tacından.
Bir vaxt geyilərdın ziyafətlərə,
Gözlər min heyrətlə sənə baxardı.
Yaman xoş gəlirdin şux afətlərə,
Duruşun, biçimin ürək yaxardı.
Heç nəyin vecinə qalmazdın, Vallah,
İşıq saçılardı
düymələrindən.
Xoşbəxt günlər idi, o günlər, Allah,
Qəlbən öyünərdin əməllərindən!
Axır ki, köhnəldin, nimdaşa döndün,
Güdəlib dar gəldin səni geyənə.
Axan ulduzlar tək əbədi söndün,
Kimsə yada salıb, baxmadı sənə.
Tale qismətindən olmayıb qaçan,
Şahlar da düşübdü taxtı_tacından.
Nimdaş görkəminlə sən asılmısan,
Asılqan adlanan dar ağacından!