Tahir Rzayev : - " Hər bir dövlət rəhbərinin özünün siyasi kursu var. "

SİYASƏT 10:11 / 23.01.2025 Baxış sayı: 283

 

Bəs Donald Trampın ABŞ-də ikinci dəfə prezident kürsüsündə əyləşməsindən sonra Amerika-Azərbaycan münasibətləri hansı istiqamətdə irəliləyəcək?

Mövzu ilə bağlı  açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, hər bir dövlət rəhbərinin özünün siyasi kursu var və bu kurs milli maraqlara, dövlətin idarə edilməsinə, onun təhlükəsizliyinin təmin olunmasına əsaslanır:

"Bu kurs həm də beynəlxalq normalara, bəşəri dəyərlərə istinadən həyata keçirilməlidir. Çox təəssüf ki, bir çox hallarda bəzi dövlət rəhbərləri beynəlxalq normalara, hüququn prinsiplərinə, beynəlxalq əməkdaşlığa zidd hərəkət edərək, ancaq ölkənin milli maraqları mövqeyindən tam çıxış edir və öz şəxsi mənafelərini ön plana çəkirlər. Baydenin dövründə biz bunun şahidi olduq. Çünki ondan əvvəl Trampın hakimiyyəti dövründə Azərbaycan-Amerika münasibətləri sağlam məcrada davam edirdi, beynəlxalq hüquq normalarına uyğun əsaslı tədbirlər görülürdü. Bir çox məsələlərdə Tramp administrasiyası beynəlxalq normalar mövqeyindən, öz təkliflərini, təşəbbüslərini verirdilər. Ancaq təəssüflər olsun, Baydenin hakimiyyəti dövründə biz bunu görmədik. İstər Amerikanın Dövlət Departamenti, istər rəsmiləri tam ermənipərəst mövqe tutdular, bir çox beynəlxalq təşkilatların sənədlərini ələ almadılar və Azərbaycana qarşı düşmən mövqeyində oldular. Bu da bilavasitə təcavüskar Ermənistana hərtərəfli dəstəyin verilməsində, onunla strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasında, eləcə də Azərbaycana qeyri-sağlam münasibətdə özünü aydın göstərdi".

Deputatın sözlərinə görə, Tramp Baydendən fərqli olaraq dünyada baş verən reallıqları düzgün qiymətləndirməyə qadirdir: