vBakıda orta aylıq əməkhaqqı 1272 manatdır

İqtisadiyyat 16:51 / 10.08.2024 Baxış sayı: 1997

 

2024-cü ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1272,3 manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən  Yenises.az-a bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycada muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4% artaraq 1003,3 manat olub.