Vahid Paşayev : - Duz  yolu

YAZARLAR 08:30 / 03.09.2025 Baxış sayı: 2369

...duz yolu,

Duz yolu ağır yoldur.Səthi anlayanlar bu yolun rahat olduğunu düşünür,özündəki maddi çatışmazlığı,mənəvi kasıblığı göz önünə almadan yolun ağına düşüb addımlamaq eşqi yaşayır.

Bizdən xeyli əvvəl ömür sürənlərdən bizə yadigar olan bir deyim qalıb:--,,Qız yükü,duz yükü!"

Bu qısa və lakonik fikri min yerə yozanlar da var.Ən sadəsini isə qız övladı olanlar bilir və qız böyüdüb onu ev-eşik sahibi etməyin nə qədər ağır,nə qədər əziyyətli olmasını təsdiqləyər.

Ağılla hərəkət etməyib ürəyinin istəyi ardınca gedən gənclərimiz gözardı etdiyi bir işin ağırlığını nəzərə almadan arzusu ardınca yola düşür. Yarı yoldan geri dönənlərə isə ağsaqqallarımız məsləhət verər,qarlı-boranlı yola çıxmamalarını təvəqqə edər,sözə baxmayıb fikrindən dönməyənlərə axır sözü bu olardı:--Düza getmə ,bala,otur yerində!

İndiki dövrümüzdə "duza" gedən cavanlarımız yalan olub,yaşlılarımızsa gerçək...

Düza getməmişdən əvvəl,duza gedərək suyu süzülə-süzülə geri dönənlərlə söhbətləşib nəticə çıxarmaq məqbul olmazmı?

Duza gedənlərin sayı,duz karxanasından əliboş geri dönənlərin sayına bərabərdir.Duza gedib qazanc əldə etməkdənsə,saxlancınızdakı şəkərlə bir stəkan şirinçay içib istirahət etmək ondan fərzdir.

DUZA GETMƏYİN!