Vahid Paşayev : - Aşağı Əbdürrəhmanlı kəndinin sakinləri!
...ürəyi doğulduğu yurd həsrəti ilə döyünən,torpaq qədri bilən,el-oba təhsibi çəkən,hər biri ölkəmizin ayrı-ayrı bölgələrində məskunlaşan elm adamları,dəyərli və istedadlı övladları,yol göstərən ağsaqqalları və bacarıqlı gənclərimizin səhifəmizə olan müraciətini məmuniyyətlə qəbul edib aşağıdakı paylaşımı sizlərə ünvanlayıram!
Əziz və dəyərli həmvətənlər--Aşağı Əbdürrəhmanlı kəndinin sakinləri!
Hər birinizə məlumdur ki,ölkəmiz Bahar bayramını qarşılamaq ərəfəsindədir.Elimizin gözəl və yaddan çıxmaz adət-ənənələri olub.Bayram qabağı həyət-bacanı sahmana salmaq,evlərdə xırda təmir işləri aparmaq,xalça-palazları çırpıb havaya vermək və ən əsası dünyasını dəyişmiş ailə üzvləri,qohum-əqrəba və yaxınlarını yad edib ruhlarına dua edərək,qəbirləri üstündə Quran ayələri səsləndirmək hər birimizin xatirindədir.
Gəlin bu ənənəyə sadiqliyimizi bir daha nümayiş etdirək.Bahar bayramından bir həftə əvvəl,13 mart--
yəni həftənin cümə axşamı yaşayış yerindən asılı olmayaraq,saat 11-12 ifadələrində Aşağı Əbdürrəhmanlı kənd qəbirstanlığında toplaşaraq,hal-əhval tutaq,bir-birimizlə dərd-sərimizi bölüşək,arzu-istəklərimizi dilə gətirək,başda kəndin sayılıb-seçilən ağsaqqalları,iş adamları olmaq şərti ilə kəndin gələcək talehi və qarşıya çıxacaq problemlərin həlli yollarını arayaq.
İnanır və ümid edirik ki,bu çağırışa ellikcə qoşulacaqsınız.
Allah yardımçınız olsun!
İ