Rafail Inceyurd Ismayilov- AXI

Ədəbiyyat 07:26 / 03.04.2026 Baxış sayı: 517

 

 

 

Qınaya bilmərəm daha heç kimi,

Candakı qorxudu haqqın qənimi.

Mənim kitablarım mənim dənimi

Hələ ürəyimcə üyütmüt axı.

 

Ürək qoymalıdı qəm şərikləri

Keçib getmək üçün o gədikləri.

Bu zalım dünyanın elədikləri

Dünyanı gözümdə böyütmür axı.

 

Mən sözə vermişəm könül varımı,

Daha Allah bilər bundan anrını.

İnciyən ruhumun ağrılarını

Dünyanın məlhəmi keyitmir axı!

03.04.26