Yağır hər fəsildə- Şahverən Cavad

 

Ədəbiyyat 18:23 / 02.04.2026 Baxış sayı: 317

apısında ,

Ölüm çox qapıdan sildi ərkimi .

Vəfasız çıxdılar bələdçi yollar ,

Tez - tez yar dəyişən gözəllər kimi .

Könlümdə qurduğum arzu evciklər ,

" Leylək yuvası tək boş qalıb daha ."

Daraşıb ömrümə qarışqa günlər ,

Yem kimi daşıyır hər axşam , sabah .

Dünya karvansara - gələn gedəcək ,

Döngədir , dalandır ömrün yolları .

Əzrayıl oturub elçi daşında ,

Yağır hər fəsildə əcəlin qarı .

Sevgi məktubudur şair ürəyi ,

Açıqca kimidir - oxuyur hamı .

Zirvə şöhrətlərdən uzaqdır şair ,

Zirvələr əlçatmaz - soyuq qar damı .

Dünyanın o üzü Araz kimidir ,

Həsrət " qara daşdır , göyərməz ," şair .

İlahi qoruyur durna köçünü ,

Allah işindədir , fələk nə sayır ?

02 . 04 . 2026