Şakir  Xanhüseyn : - AĞIR İŞ ADAMLARI

Ədəbiyyat 20:01 / 03.04.2026 Baxış sayı: 281

 

Gördüm

daş altına qoyulub əlcən bir işıq,

bir əlcə işıq istəyirdim mən də bu sabah,

axşamacan bəs edərdi...

azca işıq üçün də mi

gərək quyuya enəsən,

ağır daşları çevirib altına baxasan;

deyil asan.

baxıram, quyuya gün düşüb--

quyuya gün də düşərmiş--

darıxmırmı qaranlıqda

işıq da...

günəş əvvəl yerdə olub,

sonra insanlarda vəfa görməyib

göyə çəkilib,

amma yenə yerə doğmalığı qalıb,

heç unutduğu yox ki

yeri!

...yeri, yavaş addımlarla, yeri,

son verilməli edamlara,

güzəşt edilməli adamlara;

ağır iş adamıdı indi əksəriyyət- işsiz.