Şövkət Zərin Horovlu- Görmüşəm

Ədəbiyyat 16:39 / 02.04.2026 Baxış sayı: 420

 

Ağıl çaşıb, huş seyrəlib,

Ürək yandıqca kpvrəlib.

Dünya mənimlə kəc gəlib,

Onun vəfasın görmüşəm.

 

Dartılıb sevda düyünü,

Kim vurubdir bu düyünü?

Ta neynirəm mən sevgini,

Onun cəfasın görmüşəm.

 

Asan tova yatan oldum,

Nə axdım, nə də duruldum.

Qəfil arxadan vuruldum,

Namərd qisasın görmüşəm.

 

Yedəyimdi qəm əlində,

Gözüm bulud nəm əlində,

Bir də üzmərəm dərində ,

Qəmin dəryasın görmüşəm

 

Ömür əynimdən sürüşür,

ilimdən günlərim düşür.

Karvan sahilə yetişir,

Şövkət ,röyasın görmüşəm.