Şakir Xanhüseyn : - DOYURMAQ
bir nəğmə qanadında
uçur, ha uçur,
məhrəm duyğularla doyur ruhunu,
yahu!
buyur,
yollarla, yol getməklə
ayaqlarını doyur.
doyur əllərini bir gözəl işlə,
xoş sözlərlə, səslərlə
qulaqlarını doyur!
bir uşaq gülüşüylə,
dost gəlişiylə,
onların sevgisiylə doldur qəlbini-
doyur qəlbini...
əziz bir kəsinə sarılmağınla
elə etməli ki, qolların doya!
bir doğma üzə,
gözə baxmaqla
gözünü doyur,
özünlə özünü doyur, özünü!