Bəhruz Niftəliyev - “Hər şey yaxşı olacaq!”
Gülləri sənə sərdim,
Ürəyim sərasərdi,
Son cümlən, bir əsərdi,
“Hər şey yaxşı olacaq!”
Ya bu ömürü sar sayın,
Ya ümidi saxlayın,
Kəmərləri bağlayın,
“Hər şey yaxşı olacaq!”
Bu dünyanın düzünə,
Əyrisi nə, düzü nə,
Düz ölümün gözünə…
“Hər şey yaxşı olacaq!”
Səmadan göyə get sən,
Sinəmdə göynərtisən,
Son anda nə deyirsən
“Hər şey yaxşı olacaq!”
Nədir bu ömür axı?
Nədir bu ölüm axı?
Tanrı çəkib çarmıxı…
“Hər şey yaxşı olacaq”
27.12.24