Adilə Səfərova : - Sıxır nəmli gözünü

Ədəbiyyat 10:54 / 20.11.2024 Baxış sayı: 385

Sıxır nəmli gözünü

kövrələndə göy üzü.

Zərif, kövrək olanın

Ümidini göy üzür.

 

Bulud göz yaşı kimi,

Ələyər narın-narın.

Yuyub silər tozunu,

Al çiçəkli kolların.

 

Damlalar döyəcləyər,

Titrədər ləçəkləri.

Qəmli baxışlarıyla

Üşüdər çiçəkləri.

 

Qopsa da budağından,

Haqqı- sayın itirməz.

Ağlama yarı qönçə,

Göz yaşı gül bitirməz.

 

Solar, qopar çicəklər,

Başlayar ayrılıqlar.

Ahlar qalar budaqda--,

Hər ahda ayrılıq var.