“OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ İCTİMAİ BİRLİYİNİN YENİ LAYİHƏSİ

“OZAN DÜNYASI” AŞIQ YARADICILIĞININ TƏBLİĞİ İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏ ÜZƏRİNDƏ İŞƏ BAŞLAYIR
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi kimi “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlayır.
Bu barədə məlumat verən “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaqdır. Layihədə nəzərdə tutulan məqsədə çatmaq üçün əsasən Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla Qərbi Azərbaycandakı tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir.