Əlizadə Nuri : - Səni aldatmağım gəlir...

Bir laylanın dizi üstə,
Baş qoyub yatmağım gəlir.
Dənizdə üzmək öyrənib
Torpaqda batmağım gəlir...
Bu necə ovçudu axı-
Tətikdə əsir barmağı?
O quş mənə elə baxır
Özümə atmağım gəlir.
Göz yaşların ləldi deyib,
Kədər də gözəldi deyib,
Bu dünya düzəldi deyib-
Səni aldatmağım gəlir...