Küləkli hava şəraiti ilə bağlı sarı - XƏBƏRDARLIQ

MƏMLƏKƏT 19:23 / 07.04.2025 Baxış sayı: 746

Aprelin 8-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə  Yenises.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər, Laçın, Naxçıvan MR, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Qusar, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Gəncə, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Goranboy, Naftalan, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Şəmkir və Tovuzda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.