Kəramət - KÖHNƏ PALTARIMDAN BELƏ

Ədəbiyyat 08:10 / 09.04.2025 Baxış sayı: 964

KÖHNƏ PALTARIMDAN BELƏ

ayrılmaq çətindir mənə

O ki...qaldı sən olasan.

Məkanın-zamanın itdiyi zamandayıq

insandan insan da törəmir, qısırdı torpaqlar belə..

Sən isə yalandan dua edirsən Allaha

Əl çalırsan prezidentə umacaqlı...

yalan danışırsan mənə

yataqda belə

nimdaş paltarımdan da

ayrılmaq çətindir mənə.