Elnur Uğur Abdiyevdən İKİ ŞEİR
jpg-1744177812.jpg)
Hərə tutub bir tərəfə dartır hey,
Yer ətəyin çəkəçəkdi yenə də.
Silahları qan püskürən bəşərdə
Ayrılıqlar əkəəkdi yenə də.
Məftil olub sarınasan dirəkdə,
Yellənəsən səmtə əsən küləkdə.
Qoşun- qoşun arzular var ürəkdə,
Ürək bizlə təkətəkdi yenə də.
Atı ölüb,iti gülür dünyanın,
Duzu qaçıb şiti gülür dünyanın.
Çəpişləri elə bölür dünyanı,
Baxdım yazıq təkə təkdi yenə də
***
Ayrılıqlar iz örtər,
Sevgilər salar yada.
Dünyamızı yaşadan,
Tək sevgidi dünyada.
Sevgi də olmasaydı,
Dünya nəyə gərəkdi?
Sevgidən vuran ürək,
Yalın ələ əlcəkdi.
Bir nəfər sevən varsa,
Bu boyda yer üzündə.
Başdan - başa çiçəkdir,
Dünya mənim gözümdə.
Qoy ölsün ayrılıqlar,
Qəlb həsrəti boşasın!
İnsan qəlbində yalnız,
Eşq,məhəbbət yaşasın!