Əbülfət Mədətoğlu : - Gözlərimdəsən

Ədəbiyyat 08:26 / 03.04.2025 Baxış sayı: 1410

 

Axı ürəyimi güzgü göstərmir

Niyə yüklənmədin gözlərimə sən ?

Cavabdan həmişə gülməklə qaçdın-

Qaçanda dedin ki,gözlərimdəsən!

 

Hər gün kipriyimi şehlə yuyuram

Baxıb içimdəki sənə,uyuram...

Yerdən də,göydən də aşkar duyuram-

Ürəyim də sənsən,gözlərim də sən!

 

Əbülfət qibləni bir kərə seçir

Qəmi də bal kimi ləzzətlə içir!

Hər gün deyəcəyəm qəlbindən keçir-

Qorxma,sıxılmazsan gözlərimdə sən!..