Saqif Qaratorpaq : -  Gəlimmi?!

Ədəbiyyat 08:35 / 09.04.2025 Baxış sayı: 911

Görən neçə il ötübdü o gündən?

Canım-gözüm,soylə indi necəsən?

Bilirəm ki,gələnmirsən,barı mən,

Hərdən səni yoxlamağa gəlimmi?!

 

Yerə-göyə sığışmayır gileyim,

Yarımadıq baxt sarıdan...nə deyim?

Darıxmışam...sızıldayır ürəyim,

Saçlarını qoxlamağa gəlimmi?!

 

Yaşayırıq,ömür çətin,gün çətin,

Gör haçandı əsiriyik möhnətin.

Bilirəm ki,ağlayırsan xəlvəti,

Sənnən qoşa ağlamağa gəlimmi?!